05014173-0079-43b7-9ad9-c31774e49bee..jpg

Pensiyaların yenidən hesablanması qaydası dəyişdi – VİDEO

Baxış sayı: 724 dəfə baxılıb.

Pensiyaların yenidən hesablanması qaydası dəyişdi – VİDEO

Əmək pensiyalarının yenidən hesablanması qaydası dəyişib. Bununla bağlı Baş
nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə əmək pensiyalarının yenidən
hesablandığı halların siyahısı genişləndirilib.

Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin müdiri Eyvaz
İsmayılov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, əvvəlki qanunvericilikdə
hərbi qulluqçular tərxis olunduqdan sonra onlara pensiya təyin edilirdi. Əgər
yenidən hərbi qulluqçular hərbi xidmətə qayıdırdısa, həmin şəxslərin
pensiyaları sonuncu təminat xərcliyinə əsasən hesablanmırdı.

Yeni qərara əsasən, əmək pensiyasının bir növündən başqa növünə keçirilməsi
şəhid ailə üzvlərinə münasibətdə yeni növ pensiya təyinatı ailə başçısına şəhid
statusunun verildiyi tarixdən hesablanacaq.

Eyvaz İsmayılov qeyd edib ki, bununla bağlı müraciətlərin mexanizmi də
dəyişib. Dəyişikliklə hərbi qulluqçular işlədiyi orqana müraciət edib, onların
sonuncu məlumat vərəqi daxil olduqdan sonra fond tərəfindən pensiyalarının
yenidən hesablanması həyata keçirilir. Şəhid ailələrinə gəlincə isə, onlar
yerli DOST mərkəzlərinə və yaxud fondun yerli orqanlarına müraciət etdikdən
sonra onların hüquqları yarandığı dövrdən pensiyaların məbləğinə yenidən
baxılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Source link