d5e84f20-ea38-4336-92a0-f52ba13c440b..jpg

Pensiyalarla bağlı qaydalarda dəyişiklik edildi

Baxış sayı: 513 dəfə baxılıb.

Pensiyalarla bağlı qaydalarda dəyişiklik edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi,
pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım
kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması,
bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yeni
dəyişikliklərlə:

– Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında
yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;

– Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək
kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb
edilməyəcək;

– 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş
hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün
təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;

– Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi
yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni
tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:

– Pensiya minimum məbləğə çatdırılacaq,

– Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,

– Pensiya indeksləşdiriləcək.

Source link