Pentaqon: ABŞ-ı müdafiə edəcəyik

Pentaqon: ABŞ-ı müdafiə edəcəyik

Baxış sayı: 5. 079 dəfə baxılıb.

Pentaqon Rusiyanın yeni müdafiə sistemlərin yaradılması haqqında məlumatlı olduğunu və bunun nəzərə alındığını bildirib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin öz çıxışında bu barədə danışmışdı.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Bizim barəsində danışdığımız silah, çoxdan bəri hazırlanır. Bizim nüvə doktrinası onu diqqətdə saxlayır”-deyə Pentaqon rəsmisi Dana Uayt jurnalistlərə verdiyi açıqlamada bildirib.

Pentaqon sözçüsü eyni zamanda bildirib ki, Putinin bəyanatı, Müdafiə Nazirliyini heç də təəcübləndirməyib.

“Amerikalılar əmin ola bilər ki, biz tam hazırıq…Hər nə olur olsun, vətənimizi qorumağa hazırıq, buna inanırıq.”-deyə Uayt bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya müdafiə naziri Serqey Şoyqu ABŞ-ın Polşa, Rumıniya və Alyaskadakı raket-müdafiə sistemlərini “deşikli çətirlə” müqayisə etmişdi.

www.ÇıxışYolu.Com