Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirib

Baxış sayı: 3. 286 dəfə baxılıb.

Pentaqon İranın Hörmüz boğazındakı təlimlərinə münasibət bildirib

ABŞ İranın Hörmüz boğazında hərbi təlimlər keçirməsinə münasibət bildirib. 

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, Pentaqonun mətbuat xidmətinin əməkdaşı Rebekka Rebarix ölkəsinin bu barədə məlumatlı olduğunu bildirib.

O həmçinin deyib ki, ABŞ gəmilərin beynəlxalq dəniz yolları ilə sərbəst hərəkətini təmin etməkdə davam edəcək. 

Qeyd edək ki, bu gün İran hərbi-dəniz qüvvələri Hörmüz boğazı akvatoriyasında hərbi təlimlərə başlayıb. Körfəz ölkələrinin neft daşımalarının əksəriyyəti buradan keçir. 

www.ÇıxışYolu.Com