Pentaqon məlumatlar bazasının sındırıldığını açıqladı

Baxış sayı: 3. 153 dəfə baxılıb.

Pentaqon məlumatlar bazasının sındırıldığını açıqladı

Pentaqon ABŞ Müdafiə Nazirliyinə məxsus məlumatlar bazasının sındırılması ilə bağlı məlumat yayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, məlumatlar bazasının sındırılması nazirliyin əməkdaşlarının məlumatlarının yayılmasına səbəb olub. 

Söhbət Pentaqon əməkdaşlarının hərbçi və ya mülki şəxs kimi səfərlərindən gedir. 

Məlumatlara görə, hadisə 30 min nəfərə təsir edib. Oğurlanan materiallar arasında Pentaqon əməkdaşlarının kredit kartları haqqında məlumatlar da olub. 

Qeyd edilib ki, sındırılma bir neçə ay əvvəl baş versə də, indi üzə çıxıb. Əlavə olunub ki, gizli məlumatlar oğurlanmayıb.

www.ÇıxışYolu.Com

ÇıxışYolu.Com yeniləndi!

.

.