ABŞ-ın Müdafiə nazirliyi Meksika ilə sərhədə əlavə hərbi qüvvənin göndərilməsi barədə sorğunu təqdir edib.
“RİA Novosti” xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Kris Mitçell deyib.
Onun sözlərinə görə, nazir vəzifəsini müvəqqəti icra edən Riçard Spenser Meksika ilə sərhədə 1000 Milli Qvardiya üzvü və 1,1 min hərbçinin göndərilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, hazırda Meksika ilə sərhəddə 4,5 minə yaxın ABŞ hərbçisi var.