Birləşmiş Ştatlar Cənubi Koreya ilə birgə hərbi təlimləri davam etdirəcək, ABŞ-KXDR sammiti ərəfəsində belə, bu təlimlərin miqyası və qrafiki dəyişməyəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Onu deyə bilərəm ki, biz təlimlərin miqyasını dəyişdirməmişik. Biz təlimləri çoxdan bəri, hər il keçiririk. Bu manevrlər müdafiə məqsədi daşıyır və ona görə də davam edəcək
Bir daha qeyd edirəm ki, bu təlimləri ABŞ və Cənubi Koreya silahlı qüvvələrinin hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə keçiririk.”,- deyə Uayt bildirib.
Xatırladaq çərşənbə axşamı KXDR ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi “Max Thunder” hərbi təlimlərinə etiraz olaraq mayın 16-da keçirilməsi planlaşdırılan Cənubi Koreya ilə yüksək səviyyəli danışıqları ləğv edib.