Pentaqon “Qremlinlərini” nümayiş etdirdi – VİDEO

Pentaqon “Qremlinlərini” nümayiş etdirdi – VİDEO

Baxış sayı: 2. 193 dəfə baxılıb.

ABŞ Müdafiə nazirliyinin perspektivli tədqiqat layihələri idarəsi “Gremlins” proqramı çərçivəsində “C-130 Hercules” hərbi təyyarəsinin göyərtəsindən pilotsuz uçan aparatın (PUA) buraxılışını həyata keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, buraxılışın görüntüsü “Giphy” portalında yayılıb.

“Gremlins” proqramında  çox istifadəlik kiçik PUA dəstəsinin buraxılışı və idarəolunması sisteminin yaradılması nəzərdə tutulur.

Layihəyə əsasən,daşıyıcı olaraq “C-130 Hercules” təyyarəsindən istifadə olunur.Elektron müharibə şəraitində müxtəlif kəşfiyyat əməliyyatlarını və ya aviareydləri başa çatdırdıqdan sonra  kiçik “qremlin sürüsünü” başqa təyyarə toplayır.

Pentaqon bu futurustik PUA-lardan 2030-cu illərdə baş verə biləcək münaqişələrdə istifadə etməyi planlaşdırır.