0fa52ace-51d8-4263-a3fe-fba613d05e76..jpg

Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb

Baxış sayı: 670 dəfə baxılıb.

Pentaqon rəhbəri Ağ Evi iki dəfə şoka salıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəstəxanada yatdığını gizlədən Pentaqon rəhbərinin daha bir olayı məxfi
saxladığı üzə çıxıb. Belə ki, onunxərçəng xəstəliyinə
tutulduğunu yanvarın 9-na qədər Ağ Evdə heç kim
bilməyib.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə
koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden Pentaqonun rəhbərinin xəstəxanaya
yerləşdirilməsi ilə bağlı ötən həftə, Milli Təhlükəsizlik Bürosundan bir gün
sonra məlumatlandırılıb.

Ağ Ev sözçüsü diaqnozun və xəstəxanaya yerləşdirilmənin gizlədilməsi faktına
baxmayaraq, Baydenin Ostinə tam etibar etdiyini vurğulayıb.

“Mən konkret situasiyada xüsusi şəxsi toxunulmazlıq hüququ ilə bağlı
prezidentin düşüncələrinə müdaxilə etmək fikrində deyiləm. Prezident ilk
növbədə nazir Ostindən narahatdır, Bayden onun Müdafiə Nazirliyinə rəhbərlik
etmək qabiliyyətinə tam əmindir və sevinir ki, Pentaqon rəhbəri sağalmaq
üzrədir”, – deyə Kirbi vurğulayıb.

O, həmçinin, Ostinin vəziyyətinin ABŞ-nin təhlükəsizlik maraqlarını təhdid
etmədiyini bildirib, nazirin xəstəxanaya yerləşdirilməsi zamanı Silahlı
Qüvvələrin hərbi əməliyyatlar apardığını qeyd edib.

Kirbi xatırladıb ki, yanvarın 4-də ABŞ hərbçiləri Bağdadda iranyönümlü şiə
hərəkatı “Hizbullah əl-Nucaba” komandirlərindən birinin ölümünə səbəb olan
zərbələr endirib, əlavə olaraq ABŞ ordusu Qırmızı dənizdə pilotsuz təyyarələri
və raketləri vurub.

“Bütün bu müddət ərzində o (Ali Baş Komandan Bayden) buna nəzarət edib”, –
deyə Ağ Ev nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, yanvarın 1-i axşam Ostin “Uolter Rid” Milli Tibb Mərkəzində
(Meriland)xəstəxanaya yerləşdirilib , yanvarın
2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması
barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu
barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl
xəbər tutub. Sonradan ABŞ Dövlət katibiAntoni Blinken
də bu məsələdən gec xəbər tutduğunu etiraf edib.

Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya
səbəb olduğu vurğulanıb. ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett
Rozendeyl müdafiə nazirininimpiçmenti üçün
qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.

Mənbə: TASS

Source link