Pentaqon rəhbəri maliyyə maxinasiyalarında günahlandırılır

Pentaqon rəhbəri maliyyə maxinasiyalarında günahlandırılır

Baxış sayı: 2. 320 dəfə baxılıb.

ABŞ müdafiə naziri Ceyms Mettis “Theranos” şirkətinin maxinasiyalarında iştirak etməklə külli miqdarda gəlir götürüb.

ÇıxışYolu.Com “TASS”a istinadən xəbər verir ki, belə bir iddianın yer aldığı material, “Vox” nəşrinin internet səhifəsində dərc olunub.

Məlumata görə,  Mettis 2013-cü ildə “Theranos” şirkətinin idarə heyətinin üzvü olub. Bundan əvvəl yayılan xəbərə əsasən, şirkətin təsisçisi Elizabet Holmz yalan yolla iri həcmli investiyalar cəlb etdiyinə görə, böyük məbləğdə cərimə olunub.

Materialda qeyd olunur ki, Pentaqon rəhbəri həmin şirkətdə ilə 150 min dollar gəlir götürüb.  Həmçinin ABŞ Mərkəzi komandanlığının başçısı ola-ola, orduda həmin şirkətə aid qüsurlu texnologiyadan istifadəni təbliğ edib.

Mettisin sözü gedən şirkətdən yalnız  2017-ci ilin yanvar ayında ayrıldığı bildirilir. 

.
www.ÇıxışYolu.Com