Pentaqon rəhbəri reanimasiyada yatdığı müddətdə vəzifələrini qadın məmura
etibar edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
ABŞ müdafiə naziri Lloyd Ostin yanvarın birində xəstəxanaya yerləşdirilib və
dörd gün reanimasiya şöbəsində yatıb.
Bu barədə adı açıqlanmayan iki məmur məlumat verib.
Qeyd olunub ki, Yaxın Şərqdəki gərginlik fonunda Pentaqonun rəhbəri
vəzifələrini onun müavini, ABŞ tarixində Senat tərəfindən 2021-ci ildə bu
vəzifəyə təsdiqlənən ilk qadın olan Ketlin Hiksə ötürməli olub.
Daha əvvəl isə Pentaqonun mətbuat katibi Patrik Rayder Lloyd Ostinin artıq tam
olaraq öz vəzifəsinə qayıtdığını bildirib. Lakin o, 70 yaşlı nazirin diaqnozunu
açıqlamayıb.
Mənbə: NBC