Pentaqon: Rusiyanın “nəzərə alınmayan və yoxlanılmayan” silahlarından narahatıq

Baxış sayı: 2. 255 dəfə baxılıb.

Pentaqon: Rusiyanın “nəzərə alınmayan və yoxlanılmayan” silahlarından narahatıq

Pentaqonun rəhbəri Mark Esper ABŞ-ın hipersəs silahlarının hazırlanmasında Rusiyadan geridə qaldığını hesab edir.

Bu barədə o, Kaliforniyada çıxışı zamanı bildirib. 

Esperə Rusiyada hipersəs raketlərinin yaradılmasından narahat olub-olmadığı barədə sual verilib.

“Bir neçə il öncə bu texnologiyalar  sahəsində fasilə götürdük. Həmin ərəfədə biz birmənalı olaraq lider idik. İndi isə ayaqlaşmağa çalışırıq. Ona görə də nazirlik əlində olan hər dolları yatırır ki, hipersəs silahları sahəsində üstünlüyü əldə edə bilsin”, – deyə nazir cavab verib.

Esper, həmçinin Rusiya tərəfindən istehsal olunan ən yeni silahların Strateji Hücum Silahlarının azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Rusiya-Amerika müqaviləsi (HSMM) ilə nəzərə alınmamasından narahatdır.

“Rusiyadan danışırıqsa,  narahatam ki, onlar HSMM-dən kənara çıxan müxtəlif strateji silahlar hazırlamağa çalışırlar”, – Esper vurğulayıb və əlavə edib ki, söhbət “nəzərə alınmayan və yoxlanılmayan” silahlardan gedir.