Pentaqon Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib

Pentaqon Rusiyaya qarşı sanksiyaları yumşaltmağı təklif edib

Baxış sayı: 2. 629 dəfə baxılıb.

ABŞ-ın müdafiə naziri Ceymz Mettis anti-Rusiya sanskiyaları haqqında qanunda bəzi istisnalar  etməyi təklif edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ KİV-də məlumat yayılıb.

Ceymz Mettis bildirib ki, sənəddə nəzərdə tutulan ölçülər Hindistan, Vyetnam və İndoneziyaya şamil olunmamalıdır.

Konqresin yuxarı palatasında etdiyi çıxışda, Pentaqon rəhbəri hər üç ölkənin Rusiyadan silah aldığını təsdiq etsə də, bu ölkələrin hökumətlərinin ABŞ-dan böyük partiyalarda silah-sursat və texnika almağa can atdığını vurğulayıb.

Xatırladaq ki, fevral ayında rəsmi Vaşinqton Rusiyanın müdafiə sektoru ilə əməkdaşlıq edən şirkətlərə qarşı yeni sanksiyaların qəbul olunacağını xəbərdar etmişdi.

.
www.ÇıxışYolu.Com