ABŞ prezidenti Donald Tramp hələ ki, Suriyaya zərbələrin endirilməsi ilə bağlı qərar qəbul etməyib.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Pentaqon rəhbəri Ceymz Mettis ABŞ konqresinin nümayəndələr palatasında verdiyi ifadədə bildirib.
ABŞ müdafiə naziri əlavə sualları cavablandırmaqdan imtina edərək, bu mövzuda fikir səsləndirmək istəmədiyini vurğulayıb.
Xatırladaq ki, ötən gün ABŞ prezidenti Donald Tramp Duma şəhərinə edilmiş kimyəvi hücuma cavab olaraq ABŞ-ın Suriya rejiminə qarşı raket zərbələri endirməyi planlaşdırdığını bildirmiş və Rusiyanı buna hazır olmağa çağırmışdı.