Pentaqon Suriya səmasında Türkiyə PUA-sının vurulma səbəbini açıqladı –
YENİLƏNİB + VİDEO
Pentaqonun sözçüsü ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder
ABŞ qırıcısının Suriya səmasında Türkiyəyə məxsus pilotsuz uçuş aparatını (PUA)
vurduğunu təsdiqləyib.
“Bu gün yerli vaxtla təxminən saat 07:30 radələrində Suriyada qoşunlarımız
PUA-ların Həsəkə əyaləti yaxınlığında zərbələr endirdiyini qeydə alıblar.
Üstəlik, bu zərbələrin bəziləri ABŞ əməliyyat zonasına, bizim qüvvələrimizdən
təxminən bir kilometr aralıda yerləşən əraziyə endirilib. Nəticədə qüvvələrimiz
bunkerlərə daxil olub. Təxminən saat 11:30-da Türkiyə PUA-sı yenidən bölgədə
görünüb. ABŞ komandanlığı qüvvələrimizdən yarım kilometrdən az məsafədə olan
PUA-nı potensial təhlükə hesab edib və “F-16” qırıcıları onu yerli vaxtla
təxminən 11:40-da vurublar”, – deyə general bildirib.
“Qeyd etmək vacibdir ki, ABŞ hərbçilərindən heç kim xəsarət almayıb.
Türkiyənin qəsdən ABŞ qüvvələrini hədəf aldığını düşünməyə əsasımız yoxdur.
Artıq müdafiə nazirimiz türkiyəli həmkarı ilə danışıb və ABŞ-nin əməkdaşlığa
davam etməyə hazır olduğunu təsdiqləyib”, – Pentaqon nümayəndəsi vurğulayıb.
Mənbə: TASS
05 oktyabr, 23:42
Suriya üzərindəki gərgin hava məkanında yeni beynəlxalq qalmaqala səbəb ola
biləcək insident baş verib.
Məlumata görə Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı (PUA) ABŞ Hərbi Hava
Qüvvələrinə məxsus “F-35A” qırıcısı tərəfindən Suriyanın şimalda yerləşən
Həsəkə şəhəri üzərində vurulub.
Bildirilir ki, təyyarə 421-ci qırıcı eskadrilyaya məxsus olub və Türkiyə
PUA-sını məhv etmək üçün “AIM-120 AMRAAM” hava-hava raketindən istifadə edib.
Pentaqondan qırıcının yanlışlıqla PUA-ya hücum etdiyi qeyd olunub.
Hadisədən sonra Pentaqon rəhbəri Lloyd Ostin türkiyəli həmkarı Yaşar Gülər ilə
telefon danışığı keçirib və Türkiyə qüvvələrinin Suriyadakı fəaliyyətini
müzakirə edib.
Mənbə: avia.pro