Pentaqon Trampı tanksız qoydu

Pentaqon Trampı tanksız qoydu

Baxış sayı: 3. 197 dəfə baxılıb.

Pentaqon Vaşinqtonda keçiriləcək hərbi paradda tanklardan istifadə olunmasına icazə verməyib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Hərbi qurumun bəyanatına görə, ABŞ paytaxtının küçələrindən yalnız “təkərli nəqliyyat vasitələri” keçə bilər, belə ki, tanklar və digər bənzər ağır hərbi texnika paytaxtın infrastrukturuna böyük ziyan vura bilər.

Habelə Pentaqon hərbi paradın sonunda səma şousu üçün ABŞ hərbi hava qüvvələrinə aid təyyarələrdən istifadə olunmasına razılıq verib.

Hərbi paradın veteranlar gününə, noyabrın 11-də planlaşdırıldığı bildirilir. Hərbi texnikanın Ağ Evin qarşısından Kapitoliyə qədər irəliləcəyi bildirilir.

“Associated Press”in təxminlərinə görə, hərbi paradın təşkilinə amerikalı vergi ödəyicilərinin 30 milyon dollara yaxın vəsaiti sərf olunacaq.

Xatırladaq ki, yanvar ayının sonunda ABŞ prezidenti Donald Tramp, Pentaqona Vaşinqtonda hərbi paradın təşkil olunmasına göstəriş verib. O, paradın Fransa Milli günü münasibətilə iyulun 14-də keçirilən hərbi parada bənzər hərbi texnika və hərbiçərlə təntənəli yürüşün keçirilməsini tapşırıb.

.
www.ÇıxışYolu.Com