Pentaqon Ukraynaya 200 milyon dollar ayırdı

Baxış sayı: 2. 623 dəfə baxılıb.

Pentaqon Ukraynaya 200 milyon dollar ayırdı

Pentaqon Ukraynaya müdafiə məqsədləri üçün 200 milyon dollar ayırdığını bəyan edib.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadla xəbər verir ki, siyahıda öldürücü silahlar yer almayıb.

“Müdafiə nazirliyi Ukrayna Silahlı Qüvvələrinin müdafiə potensialını artırmaq məqsədi ilə əlavə məşğələlər, məsləhətçilərin ləvazimatları və xidmətləri üçün Ukraynaya 200 milyon dollar təqdim edəcək”, – məlumatda bildirilir.

Pentaqonda qeyd ediblər ki, 2014-cü ildən başlayaraq Amerikanın Ukraynaya müdafiə sahəsində göstərdiyi yardımın həcmi 1 milyard dolları ötüb.

Ayrılan vəsait komanda strukturlarının möhkəmlənməsi, xəbərdarlıq sistemi və təhlükəsiz rabitə, gecə görmə cihazları və hərbi-tibbi məqsədləri üçün xərclənəcək.

www.ÇıxışYolu.Com