ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Riçard Spenser müvəqqəti olaraq Pentaqona başçılıq edəcək.
Bu barədə “Military Times” məlumat yayıb.
Xatırladaq ki, Pentaqonun əvvəlki başçısı Ceyms Mettis ötən il dekabrın 21-də postu tərk etmək barədə qərar qəbul edib.
C.Mettis istefasının səbəbini isə ABŞ Prezidenti Donald Trampla aralarında fikir ayrılığının yaranması ilə izah edib.