Pentaqonun qalmaqallı bəyanatına Moskvadan sərt cavab gəldi

Pentaqonun qalmaqallı bəyanatına Moskvadan sərt cavab gəldi

Baxış sayı: 5. 111 dəfə baxılıb.

Rusiya heç bir ölkəyə hücum etməyə hazırlaşmır, ancaq onun silahlı qüvvələri istənilən təcavüzü dəf etməyə qadirdir.

ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı Rusiyanın Dövlət Dumasının müdafə və təhlükəsizlik komitəsinin sədri Yuriy Şvıtkin  “RT” telekanalına verdiyi müsahibədə səsləndirib.

ABŞ silahlı qüvvələrinin strateji komandanlığının sədri general Con Haytenin “amerika sualtı qayıqlarının Rusiyanı məhv etməyə qadir olduğu” barədə  bəyanatını şərh edən, Şvıtkin bu qəbildən olan təhdidlərin məhz ABŞ və NATO tərəfindən səsləndiyini bildirib.

Deputatın sözlərinə görə, Rusiyanın hərbi doktrinası yalnız müdafiə xarakteri daşıyır.

“Bu bir daha bizim ölkənin müdafiə qüdrətini gücləndirməyin nə dərəcədə vacib olduğunu göstərir”

Parlamentarinin sözlərinə görə, ABŞ-ın öz hərbi imkanlarını nümayişkəranə şəkildə göstərmək cəhdləri “axmaqlıqdır”, belə ki, Rusiya lideri Vladimir Putinin göstərdiyi yeni Rusiya silahları , düşmənin istənilən təcavüzünü dəf etməyə imkan verir.

.

www.ÇıxışYolu.Com