Perişa Kastratoviç: “Monteneqro Azərbaycanla əlaqələrin genişlənməsində
maraqlıdır” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Monteneqro Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır”.
Bunu Monteneqronun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Perişa
Kastratoviç əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüş
zamanı deyib.
O, Azərbaycan və Monteneqro arasındakı əlaqələrin 15 illik tarixə malik
olduğu, bu əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyi bildirib.
Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı çərçivəsində hüquqi bazanın
genişləndirilməsi, potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi və birgə
layihələrin həyata keçirilməsi üçün səylərin artırılmasının vacibliyi
vurğulanıb.
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın
ölkələrimiz arasındakı əlaqələrin daha da dərinləşməsində xüsusi rola malik
olması qeyd olunub.
S.Babayev ölkəmizdə həyata keçirilən sosial islahatlar, DOST konsepsiyası və
sosial xidmətlərin elektronlaşdırılması istiqamətində görülən işlər barədə
məlumat verib.
P.Kastratoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı
olduğunu, ölkələrimiz arasındakı əlaqələrin mövcud səviyyədə olmasının
məmnunluq doğurduğunu ifadə edib. Diplomatik fəaliyyəti dövründə ikitərəfli
əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini bildirib.
Ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına dair
fikir mübadiləsi aparılıb, əməkdaşlıq məsələləri müzakirə edilib.