91c2b8b6-0db3-4a94-b9ad-7309f4716d18..jpg

Peru Konqresinin Sədri: “Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq” – FOTO

Baxış sayı: 567 dəfə baxılıb.

Peru Konqresinin Sədri: “Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıyıq” –
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov həmin ölkənin Konqresinin sədri
Alexandro Soto Reyes və Beynəlxalq Əlaqələr Komissiyasının sədri Alexandro
Aguinaqa ilə görüşlər keçirib.

Bu barədə Azərbaycanın Perudakı Səfirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasındakı parlamentlərarası əməkdaşlıq
əlaqələrinin uğurlu inkişafı, ticarət-iqtisadi, turizm, mədəni-humanitar,
təhsil və digər sahələrdəki münasibətlərin inkişaf perspektivləri müzakirə
olunub.

Səfir Azərbaycan və Peru arasında iqtisadi, siyasi və sosial sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.
Diplomat regionda həyata keçirilən qlobal enerji və nəqliyyat layihələrinin
geosiyasi proseslərə müsbət təsiri barədə məlumat verib.

Bu il xalqımız tərəfindən yüz illiyi təntənəli şəkildə qeyd edilən ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə təşəkkül tapmış irimiqyaslı beynəlxalq
layihələr sayəsində hazırda Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və enerji
qovşağına çevrildiyini qeyd edən M.Talıbov, carı ilin may ayında ulu öndərin
100 illik yubileyi münasibətilə Peru Konqresində təşkil olunmuş tədbiri də
böyük məmnunluqla xatırlayıb.

Səfir, erməni işğalı və onun nəticələri, Azərbaycan ərazilərində həyata
keçirilmiş etnik təmizləmə və vandalizm, 2020-ci ildə 44 günlük Vətən
müharibəsindəki zəfər nəticəsində bu işğala son qoyulması və tarixi ədalətin
bərpa olunması, müharibədən sonra regionda yaranmış yeni reallıqlar, həmçinin
gündəlikdə duran sülh prosesinin gedişatı barədə danışıb.

Görüş zamanı diplomat Peru Hökumətinə keçmiş Qarabağ münaqişəsi ilə bağlı
tutduğu ədalətli mövqeyə görə bir daha təşəkkürünü bildirib.

Görüş əsnasında, Peru səfirliyinin Azərbaycanda fəaliyyətinin bərpası məsələsi
və bu amilin iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və müxtəlif
sahələrdə əməkdaşlıq münasibətlərin yaradılmasına əlavə təkan verəcəyi qeyd
edilib.

Konqresin sədri A. Soto Reyes, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf
etdiyini bildirərək, Peru və Azərbaycan arasında, əsasən siyasi,
ticarət-iqtisadi, investisiya, o cümlədən enerji, neft-kimya və kənd
təsərrüfatı, turizm, elm və təhsil sahələrində əməkdaşlığının inkişafında
maraqlı olduqlarını vurğulayıb. Konqresin Sədri A.S.Reyes, hər iki ölkənin
parlament nümayəndələri arasında qarşılıqlı səfərlərinin intensivləşdirilməsi,
müxtəlif sahələrdə gələcək əməkdaşlıq perspektivlərinə dair mütəmadi fikir
mübadiləsinin ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə qaldıracağına
inandığını söyləyib.

Eyni zamanda səfər çərçivəsində səfir Beynəlxalq Əlaqələr Komissiyasının sədri
A.Aguinaqa ilə görüşüb. Görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq
münasibətləri, o cümlədən parlamentlər səviyyəsində fəal əməkdaşlıq
əlaqələrinin mövcud olduğunu və müasir dövrdə dövlətlərarası əlaqələr və
beynəlxalq platformalarda parlament diplomatiyasının artan rolu barədə fikir
mübadiləsi aparılıb.

Source link