Peru Konqresi dövlət başçısı Pedro Pablo Kuçinskinin istefasını qəbul edib.
ÇıxışYolu.Com xəbər verir ki, konqresdəki xüsusi səsvermədə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Kuçinskinin istefası 105-i lehinə, 12-si əleyhinə olmaqla qəbul edilib.
Boş qalan prezident vəzifəsinə Kuçinskinin köməkçisi Martin Vizkarra gətiriləcək.
Konqresdə martın 15-də keçirilən səsvermədə 15 millət vəkilinə qarşı 87 millət vəkili Kuçinskiyə qarşı istintaqın başlanmasına səs vermişdi. 15 deputat isə bitərəf qalmışdı.
Peru prezidenti ölkəsinin inkişafəna əngəl olmaq istəmədiyini bildirərək, dünən vəzifəsindən istefa vermişdi.