Peruda futbol meydanında oyun zamanı faciə baş verib. Belə ki, “Xuventud
Bellavista” və “Familiya Çokka” komandaları arasında matç zamanı müdafiəçi Xose
Uqo De la Kruz Meza ildırım vurması nəticəsində həlak olub.
Cixisyolu.com-ın “Marca” qəzetinə istinadla verdiyi məlumata görə, hadisə oyunun
23-cü dəqiqəsində, qəfildən güclü tufan başlayanda baş verib.
Bildirilir ki, hər iki komandanın futbolçuları əlverişsiz hava şəraiti
səbəbindən meydanı tərk edərkən ildırım çaxıb və oyunçuları vurub. Sosial
şəbəkələrdə yayılan kadrlarda futbolçuların qəfildən necə yıxıldıqları görünür.
Peruda FACİƏ: Futbolçuları ildırım vurdu
Məlumata görə, onların arasında 35 yaşlı De la Kruzun və hadisə vaxtı yanında
olan qapıçının vəziyyəti xüsusilə ağır olub.
Müdafiəçi De la Kruz aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən ölüb, Qapıçı
isə ciddi yanıqlar alsa da, sağ qalıb.