Rusiyanın Taqil şəhərinin sakini Perudan gətirdiyi ayyauaska içkisinə görə 11,5 həbs cəzasına məhkum olunub.
ÇıxışYolu.Com xəbər verir ki, sözügedən məhlul Amazonka şamanları tərəfindən müalicə məqasədləri üçün hazırlanır və istifadə edilir. Rusiyalı da ondan bel ağrılarını aradan aparmaq üçün yararlanıb.
Məhlulun tərkibinə narkotik maddə – dimetikkriptamin – daxil olduğu üçün, onun Rusiyaya gətirilməsi qadağandır.
Lakin binəva turist butulkadakı içkinin tərkibindən bixəbər olub. O, daha öncə 2 ölkə – Peru və İspaniya sərhədində heç bir problem yaşamayıb. Lakin vətənində butulkanın tərkibi şübhə doğurub.
Qeyd olunur ki, ayyauaska içkisində narkotik maddə çox az miqdardadır. Lakin hakim bunu nəzərə almayıb və butulkanın bütün tərkibini narkotik kimi qəbul edərək rusiyalıya hökm oxuyub.