Peru hökuməti Mariya Kastanyon Seoanı Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri elan edib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bununla bağlı müvafiq sənədi Peru prezidenti Martin Alberto Viskarra Kornexo və xarici işlər naziri Nestor Popolisio imzalayıb.
Qeyd edək ki, Perunun Azərbaycandakı səfirliyi 2017-cu ilin iyunundan fəaliyyətə başlayıb.
İki ölkə arasında diplomatik münasibətlər 1996-cı ildə qurulub.