Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları təsdiqlənib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 mart tarixli 103 nömrəli qərarı ilə təsdiq edilən yeni sxemə əsasən bir stavka dərs yükü 18 saat olmaqla, pedaqoji staj 3 ilədək olan ali təhsili müəllimlərin aylıq vəzifə maaşı 385, pedaqoji staj 3 ildən 8 ilədək olan ali təhsili müəllimlərin aylıq vəzifə maaşı 413 manat, pedaqoji staj 8 ildən 13 ilədək olan ali təhsili müəllimlərin aylıq vəzifə maaşı 435 manat, pedaqoji staj 13 ildən 18 ilədək olan ali təhsili müəllimlərin aylıq vəzifə maaşı 462 manat, pedaqoji staj 18 ildən çox olan ali təhsili müəllimlərin aylıq vəzifə maaşı 495 manata yüksəldilib.
Pedaqoji stajı 3 ilədək olduqda orta ixtisas təhsilli müəllimlərin aylıq vəzifə maaşı 352 manat, pedaqoji staj 3 ildən 8 ilədək olan müəllimlərin aylıq vəzifə maaşı 369 manat, pedaqoji staj 8 ildən 13 ilədək olan olan müəllimlərin aylıq vəzifə maaşı 385 manat, pedaqoji staj 13 ildən 18 ilədək olan müəllimlərin aylıq vəzifə maaşı 407 manat, pedaqoji stajı 18 ildən çox olan müəllimlərin aylıq vəzifə maaşı 440 manata qaldırılıb.
Qeyd edək ki, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına qrup rəhbərliyinə görə 50 manat əlavə ödənilir.