Peşəkar Futbol Liqasının prezidenti palataya köçürülüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində baş vermiş qəza nəticəsində
xəsarət alan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov palataya
köçürülüb.
Bu barədə AZƏRTAC-a Peşəkar Futbol Liqasının media və marketinq direktoru
Sənan Abdullayev məlumat verib.
Onun sözlərinə görə, funksionerin reanimasiyadakı müalicəsi başa çatıb.
Qeyd edək ki, Peşəkar Futbol Liqasının qəzada xəsarət alan əməkdaşlarından
icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman şöbəsinin direktoru Elgiz
Abbasov və Sənan Abdullayev evə buraxılıblar. PFL-in vitse-prezidenti Aslan
Şahgəldiyevin müalicəsi isə xəstəxanada davam etdirilir.