bce06452-b444-4dec-936e-204754f96d7a..jpg

Peşəkar Futbol Liqasının prezidenti üçüncü dəfə əməliyyat olunacaq

Baxış sayı: 493 dəfə baxılıb.

Peşəkar Futbol Liqasının prezidenti üçüncü dəfə əməliyyat olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının
(PFL) prezidenti Elxan Səmədov Türkiyədə yenidən əməliyyat olunacaq.

Bu barədə Cixisyolu.com-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev
açıqlamasında bildirib.

S.Abdullayev bildirib ki, əməliyyatın yanvarın 8-də olacağını söyləyib:
“Deyilənə görə, durumu yaxşılaşır. Sabah ayağından yenidən əməliyyat ediləcək.
Daha sonra bərpa-reabilitasiya prosesləri davam etdiriləcək”.

S.Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti haqqında da danışıb:

“Aslan müəllim fizioterapiyaya başlanılıb, tikişləri sökülüb. Eyni zamanda
müayinələr davam edir. Amma ayağa qalxması üçün zaman gərəklidir, bədəni
zəifləyib. Asta-asta fizioterapiya icra olunur. Ayağa qalxmaq üçün tam risk
edilmir. Çünki uzun müddət yataqdan durmadığı üçün bədəni zəifdir. Ümumi
tikişləri sökülüb, çox ehtiyatla bərpası gedir”.

O, qəzada xəsarət alan digər əməkdaşlar – icraçı direktor Zaur
Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, sürücü Rasim Qafarlı və
özünün müalicəsinin ev şəraitində davam etdiyini deyib:

“Sabah Elgizlə mən son yoxlamalar üçün xəstəxanaya yollanmalıyıq. Rentgen
olunacağıq. Sabah sağ ayağımın daban nahiyyəsindəki tikişlər söküləcək. Həkim
bizə əsaların köməyi ilə yerimək olar, yoxsa yox məlumat verəcək”.

Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon
ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının
idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində
hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Qeyd edək ki, PFL prezidenti Elxan Səmədov üçüncü dəfə əməliyyat olunacaq. O,
bir dəfə Bakıda, daha sonra Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.

Könül Cəfərli

Source link