4b5da451-29ce-470c-b206-23b46e8043d1..jpg

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər

Baxış sayı: 496 dəfə baxılıb.

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 noyabr 2023-cü il tarixində peşəkar
mühasib sertifikatı imtahanının birinci mərhələsi (mühasibat uçotu üzrә)
keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində
ümumilikdə yeddi binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün yeddi ümumi
imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə
(buraxılış rejimi) əməkdaşı cəlb olunub.

İmtahan üç saat müddətində aparılıb və namizədlərə biliklərinin
qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının
30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal
toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si bir balla, 10-u iki balla,
açıq tipli tapşırıqların səkkizi beş balla, ikisi 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə
əlaqədar yaxın dörd həftə ərzində elan olunacaq.

Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da
keçiriləcək və prosesdə iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam
edəcək.

Source link