bf821787-c763-4d28-b630-9feb3052f3cb..jpg

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib – YENİLƏNİB

Baxış sayı: 413 dəfə baxılıb.

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 26 noyabr 2023-cü il tarixində peşəkar
mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә)
keçirilib.

Bu barədə DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunub. İmtahanın
keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146
nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və
imtahanın gedişi nəzarətdə olub.

İlkin məlumata əsasən, 1 namizəddə qulaqlıq aşkarlanıb və araşdırma aparılması
üçün imtahan qərargahına təhvil verilib. Qeyd olunan halla bağlı araşdırma
aparılır.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt
tələb etdiyi üçün yaxın 4 həftə ərzində elan olunacaq.

09:00

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II
mərhələsi (qanunvericilik üzrә) keçirəcək.

DİM-dən verilən məlumata görə, imtahana qeydiyyat Mərkəzin internet səhifəsi
vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 1 616 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq. Saat 10:45-dən
sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi
binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında
məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıdakı
sənədləri gətirməlidir:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş
pasportu);

– imtahana buraxılış vərəqəsi.

İmtahanın davametmə müddəti üç saatdır və namizədə seçdiyi peşәkar mühasib
sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur.

Namizədlərin “İmtahana buraxılış vərəqəsi”ndə imtahan iştirakçısının “Yaddaş
kitabçası”da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edilir ki, kitabça
ilə mütləq tanış olsunlar.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda yeddi binada təşkil olunacaq.
İmtahanın keçirilməsi üçün yeddi ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 146
nəzarətçi‑müəllim, 20 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Source link