Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Rusiya bütün mübahisəli məsələlərin həlli, həmçinin sülh müqaviləsinin
imzalanması üçün Azərbaycan və Ermənistan arasında təmasların davam
etdirilməsinin tərəfdarıdır”.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanda
delimitasiya prosesinə etirazlara münasibət bildirərkən bəyan edib.
“Biz bu barədə şərh vermək istəmirik, biz Bakı ilə İrəvan arasında təmasların
davam etdirilməsinin tərəfdarıyıq, hesab edirik ki, bu, sülh müqaviləsinin
imzalanmasına tez nail olmaq üçün ümumi gərginliyin bitməsi və gündəmdəki bütün
mübahisəli məsələlərin yekun həlli üçün zəruridir”, – deyə Kremlin sözçüsü
bildirib.
Mənbə: TASS