d8a16375-0d84-4e83-be73-4aeec3675aa6..jpg

Peskov: “Qarabağa beynəlxalq qüvvələri cəlb etmək üçün Azərbaycanın razılığı lazımdır”

Baxış sayı: 4. 082 dəfə baxılıb.

Peskov: “Qarabağa beynəlxalq qüvvələri cəlb etmək üçün Azərbaycanın razılığı
lazımdır”

“Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına BMT mandatı
vermək, eləcə də həmin ərazilərə beynəlxalq qüvvələri cəlb etmək üçün
Azərbaycanın razılığı lazımdır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan baş naziri Nikol
Paşinyanın Qarabağa beynəlxalq sülhməramlıların göndərilməsinə dair ideyasına
münasibət bildirərkən deyib.

“Ermənistan bizim ən yaxın müttəfiqlərimizdən biridir, Azərbaycan bizim
dəyərli və qiymətli tərəfdaşımızdır. Rusiya Federasiyası isə ilk növbədə
üçtərəfli əsasda əldə olunmuş razılaşmaları yerinə yetirərək vasitəçilik
səylərini davam etdirir və davam etdirəcək”.

Mənbə: İnterfax.ru

Source link