0303a9f3-3f84-4d48-828a-92e66b8ea1d5..jpg

Peskov: “Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB sammiti çərçivəsində söhbətləşə bilərlər”

Baxış sayı: 4. 169 dəfə baxılıb.

Peskov: “Rusiya, Ermənistan və Azərbaycan liderləri MDB sammiti çərçivəsində
söhbətləşə bilərlər”

Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin
qeyri-rəsmi sammiti çərçivəsində bir-biri ilə söhbətləşə bilərlər.

Bu barədə bazar ertəsi Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov
“Birinci Kanal”ın efirində bildirib.

O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya
Prezidenti Vladimir Putin, Azərbaycan Prezidentiİlham Əliyev, Ermənistanın baş
naziri Nikol Paşinyan iştirak edir.

“Formal olaraq biz üçtərəfli görüş təyin etməmişik, lakin kuluarlarda onların
bir-biri ilə danışmaq imkanı olacaq”, – Kreml sözçüsü bildirib.

Source link