Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində
qalacaqlar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın
Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.
Məlumata görə, bu məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol
Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə
razılaşdırılıb.
“Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və
Ermənistan-İran sərhədində qalacaqlar”, – deyə Rusiya prezidentinin mətbuat
katibi bildirib.
Mənbə: RİA Novosti