4769b96a-bbfd-47c2-8a61-09fdeacc9303..jpg

Peter Siyarto: “Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan şirkətləri birgə müəssisə yaradacaq”

Baxış sayı: 512 dəfə baxılıb.

Peter Siyarto: “Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstan şirkətləri birgə
müəssisə yaradacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstan, Rumıniya, Azərbaycan və Gürcüstanın enerji şirkətləri Qara dənizin
dibi ilə çəkilmiş sualtı kabel vasitəsilə elektrik enerjisinin Cənubi Qafqazdan
Mərkəzi Avropaya nəqli üçün birgə müəssisə yaradacaqlar.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter
Siyarto Budapeştdə layihənin tərəfdaşı olan üç ölkənin energetika nazirləri ilə
danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

Onlar yaşıl enerji sahəsində əməkdaşlıq memorandumu imzalayıblar.

“Bu gün biz qərara gəldik ki, iştirakçı ölkələrin elektrik enerjisi şirkətləri
layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına cavabdeh olacaq
birgə müəssisə yaratsın”, – XİN rəhbəri bildirib.

O, aydınlaşdırıb ki, artıq texniki-iqtisadi əsaslandırmanın aparılması üçün
müsabiqə elan olunub, onun nəticələri dekabrın əvvəlində yekunlaşacaq.

Qeyd edək ki, layihənin texniki-iqtisadi əsaslandırmasının dəyəri 2,5 milyon
avro olacaq və Dünya Bankının vəsaiti hesabına qarşılanacaq. Kabelin uzunluğu
isə 1195 km təşkil edəcək.

Mənbə: TASS

Source link