Sankt-Peterburqda bir qrup yerli sakin küçədə gözləri qarşısında gənc qadının bıçaqlanmasına biganə şəkildə tamaşa edib.
ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, müşahidə kamerasının obyektivinə düşən görüntü Rusiya İstintaq komitəsinin “YouTube” kanalında yayılıb.
Komitənin məlumatına görə, insident fevralın 8-də Vostaniya küçəsində yerləşən 1 nömrəli binanın qarşısında qeydə alınıb.
“21 yaşlı kişi anidən yaranan mübahisədən sonra 1999-cu il təvəllüdlü tanışını öldürmək məqsədilə boyun nayihəsinə bıçaq zərbəsi endirib və hadisə yerindən qaçıb” deyə məlumatda qeyd olunur.
Kadrlardan da görmək olur ki, ətrafda olanlardan heç kim münaqişəyə qarışmır. Cinayətkar qızı yerə yıxaraq, ona bıçaq xəsarəti endirir, daha sonra isə heç bir şey olmayıbmış kimi, hadisə yerindən uzaqlaşır. Onu heç kim saxlamağa cəhd etmir.
Şahidlərdən heç birinin telefonla polis və ya təcili tibbi yardıma zəng etmədiyi bildirilir. Bir qadın hətta tamaşaya seyr edirmiş kimi, əlində tutduğu stəkandan içki içir.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan zərərçəkənin hazırda komada olduğu bildirilir.
Hücumu həyata keçirən şəxsin kimliyi müəyyənləşib. Onun qazaxıstanlı Aleksandr Maxmetov olduğu deyilir. Federal axtarışa verilən bu şəxsə qarşı adam öldürməyə cəhd etmə maddəsi ilə cinayət işi açılıb.
F.M.
www.ÇıxışYolu.Com