b6d90385-f34e-4984-8b4f-d10248069040..jpg

“Petkim” üçüncü rübdə xalis mənfəətini 961% artırıb

Baxış sayı: 543 dəfə baxılıb.

“Petkim” üçüncü rübdə xalis mənfəətini 961% artırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim”
neft-kimya kompleksinin 2023-cü ilin üçüncü rübündə xalis mənfəəti 2,3 milyard
TL təşkil edib.

“Report” ”Petkim” tərəfindən açıqlanan maliyyə nəticələrinə istinadən xəbər
verir ki, bu dövrdə kompleks 13,2 milyard TL həcmində xalis satış gəliri əldə
edib.

“Neft-kimya sənayesində qlobal daralma üçüncü rübdə davam etsə də, rəhbərliyin
xərcləri azaltmaq və səmərəliliyi artırmaq təşəbbüsləri sayəsində “Petkim”
əvvəlki rüblə müqayisədə fəaliyyətini əhəmiyyətli dərəcədə artırıb. İkinci
rüblə müqayisədə xalis mənfəətini 961% artıran “Petkim” xalis satışlarını da
24% artırıb”, – məlumatda deyilir.

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya
Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə,
tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında
istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər
neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə
inteqrasiya olunmuş neft-kimya obyekti olan “Petkim”in təkmilləşdirilməsi üzrə
işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

“SOCAR Turkey” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin
sahibidir. “Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

Source link