a88f6709-d408-4187-9340-5ed881e4b5d0..jpg

Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin qalibi olub – YENİLƏNİB

Baxış sayı: 814 dəfə baxılıb.

Petr Pavel Çexiyada keçirilən prezident seçkilərinin qalibi olub – YENİLƏNİB

İstefada olan general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel Çexiyada
keçirilən prezident seçkilərinin ikinci turunda qələbəsini təmin edib.

Bu barədə Çexiya televiziyası şənbə günü səslərin hesablanmasından sonra
məlumat verib.

“Peter Pavel Çexiyanın yeni prezidenti seçilib”, – teleproqramın aparıcısı
qeyd edib.

Çexiyanın baş naziri Petr Fiala mətbuat konfransında Pavelin ölkədə keçirilən
prezident seçkilərində qələbəsini təsdiqləyib.

“Mən Petr Paveli Çexiyanın dördüncü prezidenti seçilməsi münasibətilə təbrik
edirəm”, – baş nazir bildirib.

Mənbə: TASS

19:03

Çex Respublikasında prezident seçkilərinin ikinci, yekun turunda səsvermə başa
çatıb.

Respublikada 15 minə yaxın seçki məntəqəsi öz işini yekunlaşdırıb. İlkin
ehtimallara görə, seçici fəallığının 70%-i keçməsi proqnozlaşdırılır. Səsvermə
zamanı hər hansı insident baş verməyib. Seçkilərin nəticələri bu gün gecə
saatlarında elan olunacaq.

Yanvarın 13 və 14-də keçirilən birinci turun nəticələrinə görə, istefada olan
general, NATO Hərbi Komitəsinin keçmiş sədri Petr Pavel və Çex Respublikasının
keçmiş baş naziri Andrey Babiş seçkilərin ikinci turuna çıxıblar.

Seçicilərin 68,2%-nin iştirakı ilə birinci turda ən yaxşı nəticəni 35,4% səs
toplayan Pavel əldə edib. Babiş səs verənlərin 34,99%-nin dəstəyini qazanıb.

Davam edən prezident seçkiləri Çexiya tarixində üçüncü birbaşa və ümumi dövlət
başçısı seçkisidir. İlk dəfə bu formatda seçkilər 2013-cü ildə keçirilib.
Bundan əvvəl prezident parlament tərəfindən seçilirdi.

Mənbə: TASS

Source link