İran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən
partlayışlardan sonra “Motorola” korporasiyasının mobil telefonlarının idxalını
və istifadəsini qadağan edib.
Bu barədə Cixisyolu.com “Digiato” portalına istinadən xəbər verir.
Məlumata görə, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd
Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl bəyan edib ki, İranda
hətta “Motorola” markalı telefonların satışı da dayandırılacaq.
Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları
kataloqlarından çıxarıb və ya statuslarını “əldə yoxdur” vəziyyətinə dəyişib.
İdxal qadağası səbəbindən bu markanın telefonlarının ölkə daxilində qeydiyyata
alınması mümkün deyil.