PFL prezidenti Elxan Səmədov Bakıya gətirildi – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov müalicəsinin ikinci
hissəsini Türkiyədə başa vuraraq vətənə qayıdıb”.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq PFL-in media və marketinq direktoru
Sənan Abdullayev açıqlama verib.
O bildirib ki, hazırda Elxan Səmədovun ümumi durumunda müsbət inkişaf var:
“Dünəndən etibarən “Bona Dea Hospital”da müalicə və bərpasının üçüncü
hissəsinə başlanılıb. Bərpa prosesinin nə qədər davam etməsi, eləcə də bu
prosesdə hansı tibbi müdaxilələrin olacağı həkimlərin rəyindən asılıdır”.
Könül Cəfərli