70cc60d4-ffb5-4033-b80a-67cfe3ae2560..jpg

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”

Baxış sayı: 4. 270 dəfə baxılıb.

PFL prezidenti: “Superkuboku bərpa etməyə çalışırıq”

“Azərbaycan Superkubokunu bərpa etməyə çalışırıq”.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov
məlumat verib.

Qurum rəhbəri bildirib ki, mövsümün sonunda Superkubokun təşkili məsələsi
artıq müzakirə olunub:

“Səmimi deyim ki, problemimiz Superkuboku nə vaxt keçirməyimizlə bağlıdır.
Çünki təqvim çox sıxdır, bu matçı əlavə etməyə yer yoxdur. Yenə də çalışırıq
ki, mövsümün sonu üçün təqvimə Superkuboku əlavə edək. Ancaq indidən buna söz
verə bilmərəm”.

Qeyd edək ki, Azərbaycan Superkuboku sonuncu dəfə 2013-cü ildə keçirilib.
Naxçıvanda baş tutan həlledici qarşılaşmada “Xəzər Lənkəran” “Neftçi”ni (2:1)
məğlub edib.

Source link