8963c78e-95f2-43ba-859b-000ad0c4c1f2..jpg

PFL prezidenti və digər əməkdaşlarının son durumu AÇIQLANDI – VİDEO

Baxış sayı: 387 dəfə baxılıb.

PFL prezidenti və digər əməkdaşlarının son durumu AÇIQLANDI – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 16-da səhər saatlarında Ağdam-Xankəndi yolunda qəzaya düşən Peşəkar
Futbol Liqasınınrəsmilərinin son vəziyyəti
açıqlanıb.

Yaralıların yerləşdirildiyi “Liv Bona Dea Hospital”ın mətbuat katibi Samir
Oruc Cixisyolu.com-a bildirib ki, əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL)
prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahyəldigevin vəziyyəti
stabildir:

“Reanimasiya şəraitində müalicələri davam edir. Digər dörd xəstə isə stasionar
şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”.

Qeyd edək ki, hadisə dekabrın 16-sı Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayonu
ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı
avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq
yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident
Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq
direktoru Sənan Abdullayev, PFL texniki-idman direktoru Elgiz Abbasov və sürücü
Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

İlhamə Əbülfət

Source link