92f404ea-11bc-4667-ad49-95132c2d864d..jpg

PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlanıb

Baxış sayı: 474 dəfə baxılıb.

PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov
və PFL vitse-prezidenti Aslan Şahgəldigevin vəziyyəti stabildir.

APA xəbər verir ki, Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat
verilib. Bildirilib ki, reanimasiya şəraitində müalicələri davam edir.

“Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri
nisbi-stabildir”, – deyə cavabda qeyd edilib.

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində
“Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması
nəticəsində altı nəfər – PFL-in prezidenti Elxan Səmədov, PFL-in
vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov,
PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq
direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Source link