28122ff3-31e5-48b0-8b09-560a6d16de99..jpg

PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı

Baxış sayı: 799 dəfə baxılıb.

PFL rəsmisi “Vilyarreal”ın oyununa təyinat aldı

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti
dəfə təyinat alıb.

PFL-in rəsmi saytında verilən məlumata görə, o, Belçikada “Anderlext” və
İspaniyanın “Vilyarreal” komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8
final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də
başlayacaq.

Source link