66a23b9b-2c5a-49e8-9f0f-cbdfbaab31fb..jpg

PhotoStock.az-ın əməkdaşından “35 AWARDS” müsabiqəsində uğurlu nəticə – FOTO

Baxış sayı: 451 dəfə baxılıb.

PhotoStock.az-ın əməkdaşından “35 AWARDS” müsabiqəsində uğurlu nəticə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Global Media Group”a aid olan “PhotoStock.az
MMC-nin əməkdaşı Tapdıq Abdullayev “35 AWARDS” fotomüsabiqəsində yüksək nəticə
göstərib.

Onun Türkiyənin meqastarı Tarkanın paytaxtımızda baş tutmuş konsertində

və Bakıda keçirilən“TEKNOFEST Azərbaycan”
festivalında
çəkdiyi fotolar ən yaxşı işlərin sırasına daxil olub.

Belə ki, meqastarın konsertində çəkilən şəkil dünyanın 85 ölkəsindən iştirak
edən 2 032 yarışmaçı arasında müsabiqənin “Konsert fotosu” kateqoriyası üzrə ən
yaxşı 13-cü şəkil seçilib.

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində Bakı səması üzərində lentə
alınan fotolar (“Bakı aviation show”) konsepsiya üzrə ilk üçlüyə daxil olub.
Müəllif isə bu nəticə ilə “35 AWARDS” fotomüsabiqəsində səkkizinci yeri tutub.

Qeyd edək ki, fotomüsabiqəyə ümumilikdə 10 445 şəkil təqdim edilib.

Source link