“Pierre Cardin” Mebel indi ən prestijli ünvanda - FOTO + VİDEO

“Pierre Cardin” Mebel indi ən prestijli ünvanda – FOTO + VİDEO

Baxış sayı: 2. 187 dəfə baxılıb.

Dünyaca məşhur “Pierre Cardin” mebel şəbəkəsinin Bakıdakı salonu yeni ünvana daşınıb.

Mağazanın yeni ünvanı Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 25d-dir. Bu ünvan həm daha çox məhsulun təqdim olunmasına, həm də müştərilərin rahatlığına hesablanıb.

Mağazadan ÇıxışYolu.Com-a bildiriblər ki, yeni məkan üç qatdan ibarətdir:

“Bu da bizə daha çox məhsulu sərgiləməyə, müştərilərin rahat seçim edə bilməsinə imkan yaradır. 

Digər tərəfdən, Əhməd Rəcəbli küçəsi paytaxtın yeni salınmış və hazırda ən prestijli ticarət bölgəsidir. Həm mərkəzi yerdir, həm də nəqliyyat üçün əlverişlidir. Yeni ünvanımızda alıcıların öz avtomobillərini rahat şəkildə park edərək mağazada istədiyi qədər qalmasına şərait var.

Hər cür üslubda, yüksək keyfiyyətli, sərfəli qiymətə mebellər əldə etmək, ən başlıcası “Pierre Cardin” komfortuna sahib olmaq istəyən alıcıları yeni ünvanımızda gözləyirik”.

“Pierre Cardin” Mebel daha bir yeniliyə də imza atıb. Mağazanın peşəkar dizaynerləri müştərilərin bəyəndiyi mebelleri onların otaqlarının ölçülərinə və rənglərinə uyğunlaşdırmağı da həyata keçirirlər. 

“Pierre Cardin” Mebel yeni ünvana köçməsi münasibətilə aprel ayı ərzində müştərilərə 30% endirim nəzərdə tutub. 

Daha ətraflı: http://pierrecardinmobilia.az

Ünvan: Nərimanov r. Əhməd Rəcəbli küç. 25d
Əhməd Rəcəbli küçəsi 25D
+994(12)4400444
+994(51)4400449

www.ÇıxışYolu.Com