Pikassonun əsəri 19 milyon dollara satıldı

Pikassonun əsəri 19 milyon dollara satıldı

Baxış sayı: 3. 155 dəfə baxılıb.

İspan rəssamı Pablo Pikassonun rəsm əsəri “Muşketyor və oturan çılpaq qadın” (1967) Londonun “Christie’s” hərrac evində keçirilən hərrac zamanı yüksək qiymətə satılan lot olub.  

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

“Christie’s” satış evinin mətbuat xidmətinin verdiyi məlumata görə rəssamının yaradıcılığının ən son dövrlərinə aid rəsm əsəri 13,7 mln funt-sterlinqə (19,2 mln dollar) satılıb.

Pikassonun digər əsəri  “Fiqur” (1930) “Sürrealizm sənəti” hərracında 8,3 mln funt-sterlinqə (11,6 mln dollara) satılıb.

“Christie’s” satış evinin keçirdiyi hərraclardan əldə etdiyi ümumi gəlir 149,5 funt-sterlinq (208,8 mln dollar) təşkil edib.

Xatırladaq ki, Pablo Pikassonun “Volların süitası” qrafik işləri keçən ilin noyabr ayında Parisdə baş tutan hərracda 1,9 mln evroya satılmışdı.

www.ÇıxışYolu.Com