Pike ilə qalmaqallı ayrılığı Şakiraya milyonlar qazandırdı
Müğənni Şakira futbolçu Jerar Pike ilə ayrılaraq milyonlarla dollar qazana
bilib. İfaçı gəlirini 22 milyon dollar artırıb.
Belə ki, Pikenin xəyanəti ilə bağlı qalmaqaldan sonra yayılan məzmun
müğənninin qazanmasına kömək edib. Futbolçunun adını birbaşa və ya dolayısı ilə
qeyd edən nəşrlər dünya səhnəsinin ulduzuna milyonlar gətirib.
Qeyd edək ki, Şakira və Pikenin ayrılması ötən yay məlum olub. “Barselona”nın
sabiq müdafiəçisi 46 yaşlı ifaçını aldadıb.
Cütlük 2011-ci ildən birlikdə idi. Onların iki oğlu var.
Mənbə: rueconomics.ru