“Barselona” klubunun müdafiəçisi Jerar Pike və məşhur müğənni Şakiranın Barselona şəhərindəki malikanəsi yarılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “AS” nəşri məlumat yayıb.
Məlumata görə, cinayətkarlar futbolçunun evindən zinət əşyaları və bahalı saatları oğurlayıb.
Hadisə zamanı ev sahibləri malikanədə olmayıb, belə ki, Pike İspaniya yığmasının təlim-məşq toplanışına qatılıb, Şakirə isə Almaniyada qastrol səfərindədir.
Evin qarət olunması barədə polisə futbolçunun valideynləri şikayət edib.