5f3cab68-3034-4845-962c-f7b004f631aa..jpg

Pike yeni sevgilisi ilə toya hazırlaşır

Baxış sayı: 815 dəfə baxılıb.

Pike yeni sevgilisi ilə toya hazırlaşır

“Barselona”nın ulduz futbolçusu Jerar Pike 23 yaşlı sevgilisi Klara Çia Marti
ilə evlənməyə hazırlaşır.

Məlumata görə, Pike 9 aya yaxındır birlikdə olduğu sevgilisinə toy mərasimini
onun istəyinə uyğun təşkil edəcəyinə söz verib.

“Klara Çia Marti təmtəraqlı toy arzulamır, doğmalarının əhatəsində kiçik bir
mərasimə üstünlük verir”, – deyə xəbərdə bildirilib.

Ancaq cütlük bununla bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Pike ilə boşandıqdan bir müddət sonra Şakira məşhur argentinalı
DJ və prodüser Bizarrapın studiyasında keçmiş əri və onun yeni sevgilisi
haqqında şok sətirlərlə dolumahnı ifa etmişdi.
Klara Çia ilə evlilik xəbərindən sonra sosial şəbəkələrdə bir çoxları
müğənninin cütlüyə “toy hədiyyəsi” kimi yeni mahnı həsr edəcəyini
düşündüklərini bildiriblər.

Mənbə: “Marca”

Source link